ABŞ İran neftinə 60 günlük yaşıl işıq yandırıdı - FOTO

ABŞ İran neftinə 60 günlük yaşıl işıq yandırıdı - FOTO

Hazırda oxunan: ABŞ İran neftinə 60 günlük yaşıl işıq yandırıdı - FOTO

620878

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti, neft-kimya məhsulları və neft məhsulları ilə bağlı müəyyən əməliyyatlara 21 avqust 2026-cı il tarixinədək icazə verən ümumi lisenziya yayımlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 
 

Məlumatda qeyd olunub ki, qərara əsasən, İran mənşəli xammal və məhsulların istehsalı, satışı, təchizatı və daşınması, həmçinin logistika, sığorta, gəmilərin texniki xidməti və təcili yardım xidmətləri ilə bağlı müəyyən əməliyyatlara icazə verilir.


Lisenziya, həmçinin, bu yüklərin təhlükəsiz daşınması və saxlanılması üçün zəruri hesab edilən bəzi əməliyyatları da əhatə edir. OFAC tərəfindən yayımlanan sənəddə icazə verilən əməliyyatlar üzrə ödənişlərin ABŞ dolları ilə həyata keçirilə biləcəyi də qeyd olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO