Norveç ibtidai sinif şagirdlərinə süni intellektin istifadəsini QADAĞAN EDİR

Norveç ibtidai sinif şagirdlərinə süni intellektin istifadəsini QADAĞAN EDİR

Hazırda oxunan: Norveç ibtidai sinif şagirdlərinə süni intellektin istifadəsini QADAĞAN EDİR

620756

Norveç hakimiyyəti təhsil müəssisələrində generativ süni intellektin istifadəsini məhdudlaşdırmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, yeni tədris ilinin başlaması ilə 6-13 yaş arası şagirdlərin əksər hallarda məktəb tapşırıqları və məsələlərin həlli üçün süni intellekt xidmətlərindən istifadə etməsinə icazə verilməyəcək.

Yeniyetmələr üçün tamamilə qadağan olunmayacaq, lakin onlar bu cür vasitələrdən yalnız müəllim nəzarəti altında və təhsil məqsədləri üçün istifadə edə biləcəklər.

Ölkə hakimiyyəti hesab edir ki, süni intellektin həddindən artıq istifadəsi müstəqil düşüncə, yazı və tənqidi təhlil bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO