İsrail Ordusu 7 oktyabr hücumunda iştirak edən HƏMAS komandirini məhv etdi

İsrail Ordusu 7 oktyabr hücumunda iştirak edən HƏMAS komandirini məhv etdi

Hazırda oxunan: İsrail Ordusu 7 oktyabr hücumunda iştirak edən HƏMAS komandirini məhv etdi

620729

İsrail Müdafiə Qüvvələri (SAXAL) və ölkənin Daxili Təhlükəsizlik Xidməti (ISA) birgə əməliyyat keçirib. Əməliyyat nəticəsində 7 oktyabr 2023-cü il hücumunda İsrail yaşayış məntəqələrindən birinə basqın edilməsində iştirak edən HƏMAS hərəkatının xüsusi təyinatlı "Nuhba" qanadının komandiri ləğv olunub.

Bizim.Media xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
 

"Həftəsonu SAXAL və ISA Qəzza sektorunun cənubuna zərbələr endirərək "Nuhba" qüvvələrinin komandiri Zəki Yusif Mahmud Əbu Mustafanı məhv edib", – deyə ordunun "Telegram" kanalında paylaşılan bəyanatda bildirilir.


Məlumata görə, Əbu Mustafa daha əvvəl Nir-Oz icmasına daxil olaraq hərbçilərə qarşı hücumlarda iştirak edib.

Həmçinin onun terror fəaliyyətlərini həyata keçirmək üçün xəstəxanalardan birindən istifadə etdiyi iddia olunur. İsrail tərəfinin bildirdiyinə görə, o, atəşkəs razılaşmasını pozaraq "İslam Cihadı" təşkilatının hərbi potensialını bərpa etməyə də cəhd göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO