İlon Mask ABŞ büdcəsindən insanlara birbaşa pul paylamağı təklif edib

İlon Mask ABŞ büdcəsindən insanlara birbaşa pul paylamağı təklif edib

Hazırda oxunan: İlon Mask ABŞ büdcəsindən insanlara birbaşa pul paylamağı təklif edib

620589

ABŞ-li milyarder və sahibkar İlon Mask federal büdcədən pulların birbaşa vətəndaşlara paylanmasının rəsmi Vaşinqton üçün daha səmərəli addım olacağını bəyan edib. O, bu yanaşmanın hökumətin süni intellekt (Sİ) sahəsində fəaliyyət göstərən iri şirkətlərdə pay sahibi olmaq cəhdlərindən daha faydalı olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Mask bu barədə özünə məxsus "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Milyarder ABŞ vitse-prezidenti Ceyms Devid Vensin (JD Vance) Ağ Evin süni intellekt şirkətlərində pay alaraq bir növ "suveren rifah fondu" yaratmaq ideyasına reaksiya verib və bu təklifi dəstəkləmədiyini gizlətməyib:

"Pulları birbaşa xəzinədən insanlara göndərmək daha yaxşı variantdır. Mal və xidmətlərin qiymətindəki artım pul kütləsinin artımını üstələdiyi müddətcə — hansı ki, süni intellekt və robotların tətbiqi ilə məhz bu baş verəcək — heç bir inflyasiya yaranmayacaq. Əslində, mən proqnozlaşdırıram ki, biz gələcəkdə inflyasiya ilə deyil, deflyasiya (qiymətlərin kəskin ucuzlaşması) ilə çarəsizcəsinə mübarizə aparmalı olacağıq!".

Maskın fikrincə, süni intellekt və robot texnikası istehsalın həcmini elə bir sürətlə artıracaq ki, dövriyyəyə buraxılan pul kütləsi bu artımın kölgəsində qalacaq.

Dünyanın ən zəngin adamı hesab edir ki, bu üsul həm də gələcəkdə yarana biləcək işsizlik fonunda vətəndaşlar üçün "ümumi yüksək gəlir" (universal basic income) zəmanəti formalaşdırmağın ən doğru yoludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO