Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Hazırda oxunan: Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

620333

Zaxarova Melonini birinci yerə İtaliyanı, ikinci yerə isə özünü qoymağa çağırıb
İtaliyanın baş naziri Corca Meloni birinci yerə öz ölkəsini, ikinci yerə isə özünü qoymalıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında ABŞ prezidenti Donald Tramp ilə İtaliya hökumətinin başçısı arasında yaşanan qalmaqalı şərh edərkən bildirib.

"Melonidən Trampa: “Mən və İtaliya heç vaxt heç kimə yalvarmırıq. Biz dilənçilik etmirik'”. Bu, İtaliyanı həqiqətən də möhtəşəm edən Berluskoninin dövründə belə idi", - diplomat yazıb. 
 

Zaxarovanın sözlərinə görə, bunun davamlı olması üçün ölkənin müstəqilliyini müdafiə etmək, milli maraqlara uyğun hərəkət etmək və "'mən” sözünü İtaliyadan əvvəl deyil, sonra qoymağı bacarmaq lazımdır.


Diplomat əlavə edib ki, Meloninin ən etibarlı müttəfiqi "İtaliya xalqı, İtaliyanın tarixi və mədəniyyətidir".

Qeyd edək ki, Vaşinqton və Roma arasında qalmaqal Trampın Meloninin onunla şəkil çkdirmək xahişi barədə verdiyi bəyanatdan sonra yaranıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO