Altı milyonda bir görülən hadisə - “Erkək” pişik balaladı – FOTO

Altı milyonda bir görülən hadisə - “Erkək” pişik balaladı – FOTO

Hazırda oxunan: Altı milyonda bir görülən hadisə - “Erkək” pişik balaladı – FOTO

620007

Türkiyənin İzmir şəhərində yaşayan Aylin Bermantın 13 aydır erkək hesab etdiyi və "Cengo" adını verdiyi pişik balaladıqdan sonra maraqlı fakt ortaya çıxıb.

Bizim.Media “Haberler”ə istinadla xəbər verir ki, Ailə küçədən sahibləndiyi pişiyin xarici görünüşünə görə erkək olduğunu düşünüb. Lakin bir gün səhər pişiyin yanında yeni doğulmuş bala görən ailə böyük təəccüb yaşayıb.
 

Baytar müayinəsi zamanı məlum olub ki, "Cengo" çox nadir rast gəlinən cütcinsiyyətli (hermafrodit) pişikdir. Mütəxəssislərin sözlərinə görə, bu cür hallar təxminən 6 milyon heyvandan birində müşahidə olunur.


Baytar həkim İsmayıl Ekmekçioğlu bildirib ki, pişiyin erkək cinsiyyət orqanı funksional deyil, dişi reproduktiv sistemi isə daha inkişaf etmiş vəziyyətdədir. Bu səbəbdən cütləşərək bala dünyaya gətirə bilib.

Mütəxəssislər həmçinin qeyd ediblər ki, yeni doğulan balada da oxşar xüsusiyyətlər müşahidə olunur. Onların fikrincə, bu hadisə təbiətin nadir möcüzələrindən biri hesab edilir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO