İsrailə ABŞ-İran memorandumunun mətni ilə tanış olmağa icazə verilməyib

İsrailə ABŞ-İran memorandumunun mətni ilə tanış olmağa icazə verilməyib

Hazırda oxunan: İsrailə ABŞ-İran memorandumunun mətni ilə tanış olmağa icazə verilməyib

619696

İsrail ABŞ və İran arasında imzalanması planlaşdırılan memorandumun mətnini sənədin imzalanması və rəsmi şəkildə dərc olunmasından əvvəl əldə etməyə çalışsa da, buna icazə verilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ı məlumat yayıb.

"İsrail ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu ilə tanış olmaq üçün müraciət edib, lakin rədd cavabı alıb", - deyə telekanal bildirib.
 

Qeyd edək ki, İran və ABŞ iyunun 15-nə keçən gecə qarşılıqlı anlaşma memorandumu üzərində işin başa çatdığını təsdiqləyiblər. Sənədin iyunun 19-da İsveçrədə imzalanacağı gözlənilir.


Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb. Məlumatlara görə, hücumlar nəticəsində üç mindən çox insan həlak olub. İran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO