Ağ Ev yaxınlığında terror hücumlarının qarşısını alındı

Ağ Ev yaxınlığında terror hücumlarının qarşısını alındı

Hazırda oxunan: Ağ Ev yaxınlığında terror hücumlarının qarşısını alındı
619693
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Federal Təhqiqatlar Bürosu (FTB) və digər hüquq-mühafizə orqanlarının əməkdaşları həftəsonu Ağ Evin ərazisində keçirilən “UFC America 250” qarışıq döyüş sənətləri turniri zamanı planlaşdırılan hücumların qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə FTB-nin direktoru Keş Patel məlumat verib.
 

“FTB və hüquq-mühafizə orqanlarının əməkdaşları iyunun 10-da Vaşinqtonda keçiriləcək “UFC America 250” tədbirinə potensial təhlükə ilə bağlı məlumat əldə ediblər. FTB, tərəfdaş qurumlar və Ədliyyə Nazirliyinin operativ tədbirləri nəticəsində bir neçə nəfər saxlanılıb, çoxştatlı əməliyyat zamanı isə planlaşdırılan hücumların qarşısı alınıb”, – deyə Patel bildirib.


Məlumata görə, əməliyyat çərçivəsində Ohio, Missuri və Kaliforniya ştatlarında beş nəfər saxlanılıb.

Öz növbəsində, “ABC News” xəbər verib ki, şübhəli şəxslər turnirin keçirildiyi Ağ Evin yaxınlığında yerləşən binalara pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumlar təşkil etməyi planlaşdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO