Rusiyada yaşayan azərbaycanlı sabiq vəkil Elman Paşayevin 26 yaşlı oğlu Elvin Paşayev "qara rieltorlar" işi çərçivəsində həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 26 yaşlı Elvin cari ilin fevral ayından bəri xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə istintaq təcridxanasında (SİZO) saxlanılır.
Lakin məhkəmə materiallarından məlum olur ki, onun həbsinə səbəb olan cinayət işi hələ 2025-ci ilin oktyabrında — Moskvada mənzil sahiblərindən birinin müəmmalı şəkildə yoxa çıxmasından sonra "qətl" maddəsi ilə açılıb. Həmin mənzil isə hələ saxlanılmasından əvvəl onun ata Elman Paşayevin əlinə keçibmiş.
Xatırladaq ki, hazırda Elman Paşayevin özü də Donetsk məhkəməsi tərəfindən mühakimə olunur; o, səs-küylü cinayət işlərini "həll etmək" adı ilə milyonlar almaqda, lakin faktiki olaraq heç bir iş görməməkdə ittiham edilir.
İstintaqın iddiasına görə, 2024-cü ildə “xüsusi hərbi əməliyyat” zonasında olan Elman Paşayev, A.V.Zaxarçenko adına 5-ci motonatıcı briqadanın hərbçilərindən birinin adına "problemli" mənzili rəsmiləşdirmək barədə razılığa gəlib.
Həmin mənzilin arxasında isə "qara rieltorların" izi uzanırmış — ev sahibi qəfil yoxa çıxıb və tapılmayıb, mənzilin Elmanın əlinə necə düşdüyü isə hələlik tam aydın deyil.
Lakin özü həbsxanaya düşdükdən sonra Elman mənzilin hərbçidə qalacağından narahat olub və onu mülkü oğlu Elvinə ötürməyə razı salıb. Bir müddət sonra isə yoxa çıxan ev sahibinin parçalanmış cəsədi tapılıb. Evin adına rəsmiləşdirildiyi hərbçi dindirilərkən Elvin Paşayevin də adı "qara rieltorlar" şəbəkəsində hallanıb, lakin ona hələlik yalnız dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media





































































































