Onlar bütün xəyallarını, adını, loqotipini və planlarını təyyarə mühərrikləri istehsalı ətrafında qurmuşdu. Versal müqaviləsinin imzalanmasına qədər belə də davam edirdilər. Lakin bu imza dünyanın ən uğurlu təyyarə mühərriklərini tarixə yazdı, əvəzində isə xəyalları bəzəyən lüks avtomobilləri asfalta çıxartdı.
Bizim.Media xəbər verir ki, 1916-cı ildə Münhendə uğurlu bir mühəndislik şirkətini təsis edildi və Bayerische Motoren Werke (Bavariya Mühərrik Zavodu) adlandı, qısaca BMW.
Səmaya hakim olmaq istəyənlər üçün təyyarə mühərrikləri istehsal etməyə can atırdılar. Lakin böyük xəyalları alt-üst oldu.
Ya yox olacaq, ya da qanadları dörd təkərlə əvəzləyəcəkdilər.
BMW emblemindəki mavi rəng səmanı, ağ rəng isə brendin yarandığı Bavariyanın loqosunu təmsil edirdi. Loqotipdəki rənglərin düzülüşünə diqqətlə baxıldıqda fırlanan pərpərənin təsviri canlanır. 1916-cı ildə təsis edildiyi gündən etibarən şirkət Alman təyyarələri üçün istehsal etdiyi yüksək performanslı təyyarə mühərriklərini Türkiyə, Yaponiya, Çin və Macarıstan da daxil olmaqla bir çox ölkəyə birbaşa satmışdı.
Asiya və Avropada əhəmiyyətli bir mövqe tutan bu istehsalçı üçün 1930-cu illərin sonlarında standart ölçülü təyyarə mühərrikinin orta istehsal dəyəri təxminən 200.000 dollar idi. İkinci Dünya Müharibəsi dövründə şirkət yalnız bir modeldən (BMW 801) 61.000-dən çox ədəd istehsal etməyi bacardı ki, bu da onun maliyyə artımına təkan verdi. Sərt mühəndislik dahisi bəşəriyyəti göylərə qaldırmışdı. BMW üçün isə gələcək artıq göylərdə idi.
Müharibənin sonunda BMW Müttəfiq Dövlətlərə qarşı məğlub tərəfdə idi. 28 iyun 1919-cu ildə Versal Müqaviləsi imzalandıqda, Almaniyaya təyyarə və təyyarə mühərrikləri istehsalını tamamilə qadağan etdi. Bu, aviasiya sənayesində tez bir zamanda əsas oyunçuya çevrilən BMW-nin məhvi demək idi.
Amma onlar dağılmaq əvəzinə yenidən doğulmağı seçdilər. BMW-nin hekayəsi bitmədi, o, yeni başlayırdı.
1940-cı illərin sonlarında ayağa qalxan BMW, motosikletlərə və bu gün xəyallar maşını olan lüks avtomobillərə diqqət yetirməyə qərar verdi. BMW bu gün asfaltda ən çox axtarılan, yarışlarda çempion olan avtomobillər istehsal edir. Dünyada hər 1000 maşından 25-i BMW-dir.
Şəfiqə Şəfa, Bizim.Media




































































































