Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

Hazırda oxunan: Tramp: "Biz sabah İrana daxil olub hər şeyi ələ keçirə bilərik" - VİDEO

618737

ABŞ Prezidenti Donald Tramp İranla bağlı quru hərbi əməliyyatı keçirmək istəmədiyini, lakin Amerika qüvvələrinin bunu reallaşdırmaq imkanına sahib olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, bunu ABŞ lideri "Fox News" telekanalının efirində deyib.

Tramp İrana daxil olmaq imkanlarının reallığından bəhs edərək bildirib:

"Biz ora sabah da daxil ola bilərik. Əsgərləri göndərə bilərdik. Mən quru əməliyyatı keçirmək istəmirəm. Lakin istəsəydim, biz ora kiçik bir əsgər qrupu yeridib hər şeyi ələ keçirə bilərdik".

Prezident hərbi planlarda körpüləri və elektrik stansiyalarını hədəf almağa üstünlük vermədiyini qeyd edib: "İnsanlar su içə bilməyəcəklər, mən isə bunu istəmirəm".

Amerika lideri diqqətçəkən bir iddia ilə də çıxış edib. O vurğulayıb ki, ABŞ təyyarələri artıq Tehran səmasında uçuşlar həyata keçirir və İran tərəfinin bundan xəbəri belə yoxdur.

Cari hərbi təzyiqləri dəyərləndirən Tramp "Biz hələ ki İrana yetərincə güclü zərbələr endirmirik" deyərək, gələcək addımların daha sərt ola biləcəyinə işarə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO