Süni intellektdən istifadə edənlər daha çox işləyirmiş - Aİ iş yükünü azaltmır?

Süni intellektdən istifadə edənlər daha çox işləyirmiş - Aİ iş yükünü azaltmır?

Hazırda oxunan: Süni intellektdən istifadə edənlər daha çox işləyirmiş - Aİ iş yükünü azaltmır?
645615
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Süni intellektdən istifadə edən əməkdaşlar bu texnologiyadan yararlanmayanlarla müqayisədə gündə 1,5 saata qədər daha çox işləyirlər.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.

Araşdırma 450 şirkətdə çalışan 9 mindən çox işçini əhatə edib. Nəticələrə görə, süni intellektdən istifadə edənlərin gündəlik iş müddəti orta hesabla 8,5–9 saat olduğu halda, bu texnologiyadan istifadə etməyənlər təxminən 7,5 saat işləyirlər.
 

Məlum olub ki, gündə ən azı 45 dəqiqə süni intellektdən istifadə edən əməkdaşlar iş vaxtı başa çatdıqdan sonra da işləməyə digərlərindən daha çox meyillidirlər.


Tədqiqatçılar nəticələri fərqli izah edirlər. Optimist yanaşmaya görə, süni intellekt rutin işləri avtomatlaşdıraraq əməkdaşların motivasiyasını artırır və onları daha uzun müddət işləməyə həvəsləndirir.

Pessimist yanaşmaya əsasən isə süni intellekt tapşırıqların icrasına sərf olunan vaxta qənaət yaratdığından rəhbərlik işçilərin üzərinə daha çox iş yükü qoyur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO