“Ermənistanda “Ukrayna ssenarisinin” təkrarlanmasının mümkünlüyü tamamilə real hesab olunur”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov beynəlxalq
“Təhlükəsizlik Memarlığı” forumunda çıxışı zamanı deyib.
“Mənim fikrincə, bu, tamamilə realdır. Çünki coğrafiya buna imkan verir. Ermənistanla Rusiya Federasiyasının gücünü müqayisə etməyin isə mənası yoxdur. Bunu hər kəs anlayır”, – deyə o bildirib.
Xatırladaq ki, daha əvvəl bir sıra Rusiya rəsmiləri və ekspertlər Ermənistanda “Ukrayna ssenarisi”nin təkrarlana biləcəyi ilə bağlı İrəvana xəbərdarlıq ediblər.
Bizim.Media
































































































