Şamil Ayrım: 28 May həm də Türk dünyasının birlik simvoludur - FOTO

Şamil Ayrım: 28 May həm də Türk dünyasının birlik simvoludur - FOTO

Hazırda oxunan: Şamil Ayrım: 28 May həm də Türk dünyasının birlik simvoludur - FOTO

615816

28 May təkcə qardaş Azərbaycanın Müstəqillik Günü deyil; həm də Türk dünyasının birliyinin, müstəqilliyinin və azadlığının simvoludur.

Bizim.Media  xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım "X"dəki səhifəsində yazıb.

O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin türk və İslam dünyası tarixində özünəməxsus yeri var: "1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasının ilk demokratik respublikası kimi tarixdə özünəməxsus yer tutur.

Əziz Azərbaycanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Başda Heydər Əliyev olmaqla bütün müstəqillik qəhrəmanlarını rəhmət, minnətdarlıq və ehtiramla yad edirəm.

Qarabağ zəfəri ilə ilə taclandırılan qardaşlığımız "Bir millət, iki dövlət" anlayışı ilə əbədi olaraq davam edəcək.

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Azərbaycan!".

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO