Sergey Şoyqu: "Ermənistan KTMT-dən imtina etmək üçün daha bəhanə axtarmır”

Sergey Şoyqu: "Ermənistan KTMT-dən imtina etmək üçün daha bəhanə axtarmır”

Hazırda oxunan: Sergey Şoyqu: "Ermənistan KTMT-dən imtina etmək üçün daha bəhanə axtarmır”

615540

Ermənistan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xətti ilə keçirilən tədbirlərdə iştirakdan imtina etmək üçün yeni bəhanələr axtarmağa belə ehtiyac dumur.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

S.Şoyqu İrəvanın budəfəki iclasda iştirakdan imtina etməsini şərh edərkən bunun bir bəhanə üzərində qurulduğunu vurğulayıb:

"Mən bunu demarş adlandırmazdım, onlar sadəcə iştirak etmirlər. Amma hər dəfə qondarma bir bəhanə ilə bunu edirlər. Son vaxtlar onlar iştirak etməmə səbəblərini, bəhanələrini dəyişməyə belə əziyyət çəkmirlər. Bəhanə hər zaman eynidir: Ermənistan və Azərbaycan arasındakı münaqişələrlə bağlı Qarabağ ətrafında hadisələr baş verərkən KTMT qüvvələrinin reaksiya verməməsi".

Rusiya Təhlükəsizlik Şurasının katibi KTMT-nin müdafiə xarakterli bir təşkilat olduğunu xatırladaraq rəsmi İrəvanın ittihamlarına hüquqi müstəvidə cavab verib:

"Biz, təbii ki, bütün nizamnamə sənədlərimizə uyğun olaraq, yalnız bizə müdafiə üçün müraciət edildikdə və bir ölkəyə hücum olunduqda reaksiya veririk. Birincisi, Ermənistana və onun rəsmi ərazisinə heç kim hücum etməyib. İkinci məqam odur ki, Ermənistan tərəfindən bu münaqişədə kömək göstərilməsi ilə bağlı təşkilata heç bir rəsmi müraciət və ya sorğu daxil olmayıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO