ABŞ Milli Kəşfiyyatının direktor müavini Aaron Lukas, qurumun rəhbəri Tulsi Qabbardın istefasından sonra direktor vəzifəsini icra edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Ağ Evin rəhbəri Qabbardın bu postda "inanılmaz" işlər gördüyünü qeyd edib.
"Milli Kəşfiyyat direktorunun birinci müavini Aaron Lukas Milli Kəşfiyyat direktorunun vəzifələrini icra edəcək", – deyə Tramp paylaşımında bildirilir.
Qeyd edək ki, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard həyat yoldaşının sümük xərçənginin nadir formasına yoluxması səbəbindən ona dəstək olmaq üçün tutduğu vəzifəsində istefa verdiyini açıqlayıb. Onun son iş günü 30 iyun olacaq.
Qabbard vurğulayıb ki, Şərqi Afrikaya ezamiyyəti və siyasi kampaniyaları da daxil olmaqla, 11 illik nikahları dövründə həyat yoldaşı onun dayağı olub, buna görə də o, xəstəliklə mübarizədə yoldaşını tək qoya bilməz.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:57 / 22.05.2026
Tramp istefa verən Qabbardın yerinə onu təyin etdi - FOTO
Hazırda oxunan: Tramp istefa verən Qabbardın yerinə onu təyin etdi - FOTO
Hazırda oxunan: Tramp istefa verən Qabbardın yerinə onu təyin etdi - FOTO
614891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































