İsrail İstanbuldakı konsulluğunu bağlamaq istəyir

İsrail İstanbuldakı konsulluğunu bağlamaq istəyir

Hazırda oxunan: İsrail İstanbuldakı konsulluğunu bağlamaq istəyir

614587

Türkiyə ilə yaşanan dərin diplomatik böhran fonunda İsrail rəhbərliyi İstanbuldakı baş konsulluğunu tamamilə bağlamaq və yalnız Ankaradakı səfirliyini saxlamaq imkanlarını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İsrailin "Ynet" nəşri yayıb.

Nəşrin əldə etdiyi məlumatlara görə, hər iki diplomatik nümayəndəlik, faktiki olaraq, 7 oktyabr 2023-cü il tarixindən bəri tam heyətlə fəaliyyət göstərmir. İsrailli diplomatlar hazırda Bolqarıstanda fəaliyyətlərini davam etdirirlər, Türkiyədəki yerli əməkdaşlar isə məsafədən (distant) iş rejiminə keçiriliblər.
 

Bununla belə, İsrail Xarici İşlər Nazirliyində İstanbul konsulluğunun bağlanması qərarı ilə bağlı vahid fikir mövcud deyil. Nazirlik daxilindəki bir qrup diplomat bu addımın atılmasını gələcək münasibətlər baxımından strateji bir səhv hesab edir.


Digər tərəf isə iddia edir ki, nümayəndəliyin binası boş qaldığı və yerli işçilər evdən işlədiyi halda, bura dövlət vəsaitinin xərclənməsi sadəcə büdcə itkisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO