Kann festivalında qonağın səhhətinə görə filmin nümayişi dayandırıldı

Kann festivalında qonağın səhhətinə görə filmin nümayişi dayandırıldı

Hazırda oxunan: Kann festivalında qonağın səhhətinə görə filmin nümayişi dayandırıldı

614247

Kann Kinofestivalında "Acı Milad" (Bitter Christmas) filminin mətbuat nümayişi tədbir iştirakçılarından birinin təcili tibbi yardıma ehtiyacı olduğuna görə dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə festivalın mətbuat xidmətinə istinadən "Deadline" nəşri məlumat yayıb.
 

"Nümayiş zamanı bir nəfərə təcili tibbi yardım lazım olub. Təcili yardım həmin şəxsə xidmət göstərə bilməsi üçün nümayiş dərhal dayandırılıb, zal isə boşaldılıb", — deyə məlumatda bildirilib.


Qeyd olunub ki, tibbi yardıma ehtiyacı olan yaşlı qonaq xəstəxanaya çatdırılıb, bundan sonra filmin nümayişi yenidən başladılıb.

Mayın 12-də 79-cu Kann Film Festivalının Sarayında Kann Kinofestivalı başlayıb. Festival mayın 23-dək davam edəcək.

Xatırladaq ki, Kann Kinofestivalı dünyada ən nüfuzlu və qədim festivallardan biridir və hər il may ayında keçirilir. İlk festival 1946-cı ildə baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO