Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının GÜNDƏMİNDƏ

Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının GÜNDƏMİNDƏ

Hazırda oxunan: Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının GÜNDƏMİNDƏ

614076

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünya mdiasının diqqətini cəlb edib.

Bizim.Media xəbər verir ki, “The Caspian Post” nəşrində “Azərbaycan Bakıda rekord göstəricili WUF13 tədbiri ilə qlobal şəhərsalma baxışını nümayiş etdirir” başlıqlı məqalə dərc olunub.

Məqalədə Azərbaycan paytaxtının ev sahibliyi etdiyi forumun əhəmiyyəti vurğulanır.

Nəşr qeyd edir ki, bu irimiqyaslı beynəlxalq toplantı Azərbaycanın getdikcə qlobal dialoq, beynəlxalq əməkdaşlıq, eləcə də mühüm mədəni və idman tədbirlərinin mərkəzinə çevrildiyini göstərən növbəti mühüm mərhələdir.

Məqalədə həmçinin qeyd olunur ki, “WUF13-ün uğurla təşkili məqsədilə Azərbaycan hakimiyyəti hazırlıq işlərinə, infrastrukturun inkişafına, logistika, nəqliyyat, təhlükəsizlik və beynəlxalq tərəfdaşlarla koordinasiyaya nəzarət edən xüsusi Təşkilat Komitəsi yaradıb.
 

Rəsmilər bildiriblər ki, forumun Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq ictimaiyyətin ölkənin böyük qlobal tədbirlərə ev sahibliyi etmək qabiliyyətinə olan yüksək etimadını və onun müasir şəhərsalma siyasətinin tanınmasını əks etdirir.


Məqalədə həmçinin vurğulanır ki, şəhərsalma və davamlı inkişaf Prezident İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi gündəliyinin əsas strateji prioritetləri kimi müəyyən edilib.

Həmçinin memarlıq irsinin qorunması ilə yanaşı, müasir şəhər ekosistemlərinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO