İrandan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

İrandan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

Hazırda oxunan: İrandan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

613718

Tehran Hörmüz boğazında gəmilərin hərəkətini tənzimləmək məqsədilə özünün müəyyən etdiyi marşrut üzrə "peşəkar mexanizm" hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, yeni sistem yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
 

"Bu proses çərçivəsində yalnız kommersiya gəmiləri və İranla əməkdaşlıq edən tərəflər üstünlüklərdən yararlana biləcəklər. Sözügedən mexanizm çərçivəsində göstərilən ixtisaslaşmış xidmətlərə görə müvafiq ödəniş alınacaq", - deyə komissiya sədri qeyd edib.


Əzizinin sözlərinə görə, bu marşrut ABŞ-nin Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün həyata keçirdiyi "Azadlıq" layihəsində iştirak edən ölkələr və gəmilər üçün qapalı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO