Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

Hazırda oxunan: Pakistan Türkiyəni Səudiyyə Ərəbistanı ilə alyansa çağırır - İslam hərbi bloku YARADILIR?

612923

Pakistan Türkiyə və Qətərin Səudiyyə Ərəbistanı ilə müdafiə ittifaqı sazişinə qoşula biləcəyini istisna etmir.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, Qətər və Türkiyənin mövcud sazişə qoşulması müsbət hadisə olardı.
 

“Əgər Qətər və Türkiyə də mövcud sazişə qoşularsa, bu, müsbət hadisə olar”, - deyə nazir qeyd edib.


Onun sözlərinə görə, saziş üzrə danışıqlar yekun mərhələdədir və gələcəkdə bu ölkələri də əhatə edə bilər.

Nazir əlavə edib ki, təklif olunan razılaşma hər hansı ölkəyə qarşı yönəlməyib.

Xavaca Asifin sözlərinə görə, əsas məqsəd regional sabitliyi gücləndirmək və xarici asılılığı azaltmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO