ABŞ lideri Donald Tramp Ağ Evdə bal zalının tikintisinin niyə ilkin elan olunmuş məbləğdən iki dəfə baha başa gələcəyi barədə sual verən jurnalisti "axmaq" adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə müvafiq kadrları "CBS News" telekanalı "X" sosial şəbəkəsində paylaşıb.
"Mən bal zalının ölçüsünü iki dəfə artırmışam, ey axmaq insan", — deyə Tramp bildirib. O, həmçinin qeyd edib ki, inşaatçılar işləri büdcə çərçivəsində və müəyyən edilmiş müddətdən tez həyata keçirirlər.
Xatırladaq ki, 2025-ci ilin dekabrında "CBS News" Milli Parklar Xidmətinə (NPS) istinadən xəbər vermişdi ki, Ağ Evin şərq hissəsində 300 milyon dollara başa gələcək bal zalının inşasının 2028-ci ilin yayında başa çatdırılması planlaşdırılır.
Yeni tikili 650 nəfərə qədər insanı qəbul edə biləcək. Daha əvvəl qeyd olunduğu kimi, tikinti işlərinin Trampın prezidentlik müddəti başa çatana qədər tamamlanması nəzərdə tutulub.
Bizim.Media





































































































