Pentaqon rəhbəri ABŞ-ın sursat çatışmazlığı ilə bağlı şayiələrə CAVAB VERDİ

Pentaqon rəhbəri ABŞ-ın sursat çatışmazlığı ilə bağlı şayiələrə CAVAB VERDİ

Hazırda oxunan: Pentaqon rəhbəri ABŞ-ın sursat çatışmazlığı ilə bağlı şayiələrə CAVAB VERDİ

612749

İranla münaqişə fonunda ABŞ-ın silah ehtiyatlarının azalması problemi "şişirdilib". 

Bizim.Media "The Guardian"a istinadla xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Nümayəndələr Palatasındakı dinləmələrdə deyib.

"Sursat problemi düşünülmədən və faydasız şəkildə şişirdilib. Bizim ehtiyac duyduğumuz hər şey var və özü də böyük miqdarda", — deyə o bildirib.
 

Heqset həmçinin qeyd edib ki, ABŞ silahlı qüvvələri ABŞ Prezidentinin İranla bağlı qəbul edəcəyi hər hansı qərara, o cümlədən gərginliyin artırılması (eskallasiya) planına hazırdır.


"The Guardian" demokrat senator Mark Kellinin sözlərini xatırladıb. Senator bildirmişdi ki, İranla münaqişə zamanı ABŞ-ın "Tomahawk" qanadlı raketlərinin, taktiki raket sistemlərinin (ATACMS), SM-3 tutucularının, "Thaad" mərmilərinin və "Patriot" ZRK üçün raketlərin ehtiyatları tükənib. Senator xəbərdarlıq etmişdi ki, ehtiyatların doldurulması illərlə vaxt apara bilər və bu, ABŞ-ı gələcək qarşıdurmalar qarşısında müdafiəsiz qoyar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO