Tramp bu gün Çinə yola düşür

Tramp bu gün Çinə yola düşür

Hazırda oxunan: Tramp bu gün Çinə yola düşür

612583

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı, mayın 12-də Çinə yola düşəcək.

Bizim.Media xəbər verir ki, onun Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü planlaşdırılır.

Bu barədə Ağ Ev məlumat yayıb. Amerika lideri şərq sahili vaxtı ilə saat 13:40-da iqamətgahını tərk edəcək.
 

Oradan "Endryus" bazasına, daha sonra isə Alyaskada yanacaq doldurmaqla Çinə uçacaq. Trampın mayın 13-də, çərşənbə günü Pekinə çatacağı gözlənilir. Si Cinpin ilə görüşləri isə cümə axşamı və cümə günlərinə planlaşdırılıb.


Qeyd edək ki, Trampın Pekinə səfəri ilkin olaraq 31 mart – 2 aprel tarixlərinə planlaşdırılsa da, İran ətrafındakı vəziyyətə görə təxirə salınmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO