Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Hazırda oxunan: Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

612567

Alimlər kainatda müşahidə olunan sirli və güclü mavi parıltıların mənşəyini izah edə biləcək yeni versiya irəli sürüblər.

Bizim.Media xəbər verir ki, araşdırmaya görə, LFBOT adlanan bu nadir kosmik hadisələr qara dəlik və ya neytron ulduzunun Volf-Raye tipli çox isti və kütləvi ulduzla toqquşması nəticəsində yarana bilər.
 

Bu parıltılar cəmi bir neçə gün ərzində yaranıb sönür, lakin çox yüksək temperatur və parlaqlıqla seçilir. 2018-ci ildən bəri belə cəmi 14 hadisə qeydə alınıb və onların mənşəyi uzun müddət sirr olaraq qalırdı.


Alimlərin fikrincə, yeni model bu hadisələrin sürətini, mavi rəngini və qalaktikalardakı yerləşmə xüsusiyyətlərini daha yaxşı izah edir. Gələcək müşahidələrin bu ehtimalı təsdiqləyəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO