İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

Hazırda oxunan: İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

612563

Prezident Donald Trampın narazılığına səbəb olan əsas faktorlardan biri İranın müharibə nəticəsində dəymiş ziyanın ödənilməsi (təzminat) tələbidir.

Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi regional diplomatlara istinadən məlumat yayıb.

Mənbələr qeyd ediblər ki, mövcud ənənəyə görə, təzminat (reparasiya) məğlub olmuş tərəf tərəfindən ödənilir. Tramp İranın təkliflərində "təzminat" termininin yer almasına olduqca kəskin yanaşır. Çünki belə bir ifadə ilə razılaşmaq ABŞ-ın məğlubiyyətini etiraf etməsi kimi qiymətləndirilə bilər.

Pakistanın vasitəçilik missiyası

Diplomatlardan birinin sözlərinə görə, hazırda Pakistan ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun hazırlanması üçün vasitəçilik edir. Sənədin məqsədi müharibəyə son qoymaq və həll olunmamış məsələlər üzrə daha geniş dialoqun davam etdirilməsini təmin etməkdir.

Məlumata görə, İslamabad bu prosesdə regionun digər ölkələrinin də dəstəyinə malikdir:

Pakistanın Baş naziri Şahbaz Şərif, xarici işlər naziri İshaq Dar və ordu komandanı, feldmarşal Asim Munir münaqişənin hər iki tərəfi, həmçinin regional hökumətlərlə sıx təmasdadırlar.

Onların səyləri atəşkəs rejimini qorumaq, müharibəni tamamilə dayandırmaq və tərəflərin gələn həftə üz-üzə danışıqlara başlamasına nail olmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO