Çində bağlanan nikahların sayında kəskin azalma müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Çinin Mülki Administrasiya Nazirliyinə istinadən məlumat yayıb.
Qurumun hesabatına əsasən, 2026-cı ilin birinci rübündə ölkədə təxminən 1,7 milyon nikah qeydə alınıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır. Müqayisə üçün qeyd edilir ki, hətta koronavirus məhdudiyyətlərinin ən sərt tətbiq olunduğu 2020-ci ilin yanvar-mart aylarında belə 2 milyondan çox nikah bağlanmışdı.
Məlumatda həmçinin bildirilir ki, boşanmaların sayı demək olar ki, dəyişməz qalıb — təxminən 622 min.
Nəticədə, boşanmaların nikahlara nisbəti tarixi maksimuma yaxınlaşıb.
Məqalədə vurğulanır ki, bu tendensiya dünyanın ikinci ən böyük iqtisadiyyatının üzləşdiyi ciddi demoqrafik təzyiqi bir daha təsdiqləyir.
Bizim.Media





































































































