ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

Hazırda oxunan: ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

611873

ABŞ İraqın neft nazirinin müavini Əli əl-Bahadliyə sanksiya tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott məlumat verib.

Qeyd olunub ki, bir neçə enerji şirkətinə və İraqda fəaliyyət göstərən iki silahlı qruplaşmaya qarşı da sanksiyalar tətbiq olunub.
 

Piqott bildirib ki, sanksiyaya məruz qalanlar İraqın suverenliyini sarsıdır, İran rejimini maliyyələşdirir. Əli əl-Bahadli İran neftinin İraq nefti ilə qarışdırılması və bu xam neftin Tehranın xeyrinə satılmasına kömək etməkdə ittiham olunur.


Sanksiyaların tətbiq edildiyi qruplaşmalar isə "Kətaib Seyyid əl-Şuhəda" və "Əsaib Əhli əl-Haqq" qruplaşmalarıdır ki, bu qruplaşmalar da terroru maliyyələşdirmək üçün İraq iqtisadiyyatından istifadə etməkdə ittiham olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO