Tramp Hörmüz boğazındakı əməliyyatı DAYANDIRDI – FOTO

Tramp Hörmüz boğazındakı əməliyyatı DAYANDIRDI – FOTO

Hazırda oxunan: Tramp Hörmüz boğazındakı əməliyyatı DAYANDIRDI – FOTO

611461

ABŞ prezidenti Donald Tramp  İranla danışıqlar prosesini davam etdirmək məqsədi ilə Hörmüz boğazından gəmilərin müşayiət olunmasına yönəlmiş ABŞ missiyası – “Azadlıq Layihəsi” əməliyyatının müvəqqəti olaraq dayandırıldığını elan edib.

Bizim.Media xəbər verir ki, Tramp bununla bağlı “Truth Social” platformasında etdiyi paylaşımda bildirib.

ABŞ liderinin sözlərinə görə, qərar Pakistanın və digər ölkələrin müraciətləri fonunda qəbul olunub.
 

ABŞ prezidenti qeyd edib ki, İranla aparılan müharibə zamanı əldə edilən “böyük hərbi uğur” və Tehran nümayəndələri ilə “tam və yekun razılaşma istiqamətində ciddi irəliləyişin” əldə olunması bu addımın əsas səbəblərindən biridir.


Trampın sözlərinə görə, blokada tam qüvvədə qaldığı halda razılaşmanın yekunlaşdırılıb imzalanacağına əmin olmaq üçün tərəflər “Azadlıq Layihəsi”nin qısa müddətə dayandırılması barədə qarşılıqlı razılığa gəliblər.

Xatırladaq ki, mayın 4-də ABŞ Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə kömək məqsədilə “Azadlıq Layihəsi” adlı əməliyyata başladığını elan etmişdi.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO