1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

Hazırda oxunan: 1200 at gücünə malik yeni HİPERKAR - Cəmi 50 ədəd buraxılacaq

611432

Red Bull şirkəti əfsanəvi mühəndis Edrian Nyui tərəfindən hazırlanmış yeni RB17 hiperkarını təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Autocar yazıb.
 

Məlumata görə, avtomobil real yürüşlərdən əvvəl son hazırlıq mərhələsinə daxil olub. RB17 yol avtomobili deyil, yalnız trek üçün yaradılmış yüksək sürətli hiperkar kimi hazırlanıb. Avtomobilin əsas özəlliyi onun güc qurğusudur. RB17-də Cosworth şirkəti tərəfindən hazırlanmış 4,5 litrlik atmosfer V10 mühərriki quraşdırılıb.


Bu mühərrik təxminən 1000 at gücü hasil edir və dəqiqədə 15 000 dövrə qədər fırlana bilir. Bu göstəricilər Formula 1-in 2000-ci illərin əvvəllərindəki bolidlərini xatırladır.

Mühərrikə əlavə olaraq təxminən 200 at gücündə elektrik motoru da quraşdırılıb. Nəticədə avtomobilin ümumi gücü 1200 at gücünə çatır. RB17-nin çəkisi 900 kiloqramdan azdır. Bu isə avtomobilə ekstremal güc-çəki nisbəti verir.

Aktiv aerodinamika və böyük yerəbasma qüvvəsi sayəsində hiperkarın Formula 1 bolidləri ilə müqayisə oluna biləcək dövrə nəticələri göstərməsi gözlənilir.
 

RB17-nin ən diqqətçəkən xüsusiyyətlərindən biri də onun aerodinamikasıdır. Avtomobil öz çəkisindən təxminən iki dəfə artıq yerəbasma qüvvəsi yarada bilir. Bu isə yüksək sürətlərdə maşının trasa sanki “yapışmasını” təmin edir.


Layihə Red Bull Advanced Technologies bölməsi tərəfindən hazırlanıb. RB17 şirkətin ilk seriyalı avtomobili hesab olunur. Lakin bu seriyalılıq şərtidir: modeldən cəmi 50 ədəd buraxılacaq.

Hər avtomobil sahibinə tam trek istismarı və pilotaj təlimi proqramı ilə birlikdə təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO