Türkiyədə itkin düşən azərbaycanlı qadının meyiti tapıldı - TƏFƏRRÜAT

Türkiyədə itkin düşən azərbaycanlı qadının meyiti tapıldı - TƏFƏRRÜAT

Hazırda oxunan: Türkiyədə itkin düşən azərbaycanlı qadının meyiti tapıldı - TƏFƏRRÜAT

611359

Türkiyənin İstanbul şəhərində itkin düşən Azərbaycan vətəndaşı, 44 yaşlı Məxfurə Hüseynovanın meyiti tapılıb.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, hadisə mayın 2-də baş verib.
 

Həmin gün o, Kadıköy sahil körpüsündən keçərək bərəyə minib və göyərtədə oturub. Onun yanında çantası da olub. Bir müddət sonra isə qadının gəmidə olmadığı müşahidə edilib, lakin şəxsi əşyaları yerində qalıb.


Bərənin “Kırçıloğlu 4” adlı sərnişin gəmisi olduğu müəyyən edilib. Aparılan yoxlamalar zamanı çantanın içindən şəxsiyyət vəsiqəsi tapılıb. Həmin sənəd əsasında gəmiyə minən şəxsin Azərbaycan vətəndaşı Məxfurə Hüseynova olduğu təsdiqlənib.

Kamera görüntülərinin araşdırılması zamanı qadının saat saat 20:20 radələrində Kadıköy turniketlərindən keçərək bərəyə mindiyi müəyyən edilib.

Görüntülər onun qızı Nigar Yusifliyə də göstərilib və şəxsiyyəti təsdiqlənib.

Lakin gəminin son dayanacağı olan Beşiktaş sahil körpüsündə aparılan baxışda qadının düşdüyünə dair heç bir görüntü aşkarlanmayıb. Üstəlik, gəmidəki kameraların 14 apreldən bəri işləmədiyi də məlum olub.

Azərbaycan vətəndaşının meyiti mayın 5-də İstanbulun Haydarpaşa sahilləri yaxınlığında tapılıb.

Meyit məhkəmə tibbi ekspertizasına göndərilib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir. (yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO