Ağ Ev Trampı “Mandaloriyalı” obrazında təqdim etdi - FOTO

Ağ Ev Trampı “Mandaloriyalı” obrazında təqdim etdi - FOTO

Hazırda oxunan: Ağ Ev Trampı “Mandaloriyalı” obrazında təqdim etdi - FOTO

611310

Ağ Ev ABŞ Prezidenti Donald Trampın “Mandaloriyalı” obrazında hazırlanmış fotosunu yayıb.

Bizim.Media xəbər verir ki, paylaşım 4 may münasibətilə edilib. Bu tarix “Ulduz müharibələri” kinoserialının qeyri-rəsmi günü hesab olunur.
 

Fotoda Tramp “Mandaloriyalı” serialının qəhrəmanı kimi təsvir edilib. ABŞ lideri bir əlində dəbilqə, digər əlində isə ABŞ bayrağı tutur. Onun kəmərində isə Qroqunun olduğu çanta əks olunub.


Paylaşımın şərh hissəsində belə yazılıb:

“Gücə ehtiyac duyulan qalaktikada Amerika hazır dayanır. Yol budur”.

Qeyd edək ki, “This is the way” ifadəsi “Mandaloriyalı” serialının ən məşhur sitatlarından biridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO