Belarus XİN-dən Alen Simonyanın fikirlərinə SƏRT REAKSİYA

Belarus XİN-dən Alen Simonyanın fikirlərinə SƏRT REAKSİYA

Hazırda oxunan: Belarus XİN-dən Alen Simonyanın fikirlərinə SƏRT REAKSİYA

611262

Belarus Xarici İşlər Nazirliyi Ermənistan parlamentinin spikeri Alen Simonyanın Minsk barədə fikirlərinə reaksiya verib.

Bizim.Media xəbər verir ki, Simonyan daha əvvəl bildirmişdi ki, “Ermənistan Rusiyanın quberniyasına çevrilməməli və Belarus kimi idarə olunmamalıdır”.

Belarus XİN isə bu açıqlamanı qəbuledilməz adlandırıb.
 

“Belarus suveren dövlətdir və Rusiya ilə müttəfiqlik münasibətlərinin formatını müstəqil şəkildə müəyyən edir. Biz bu əməkdaşlıqla fəxr edirik və heç kimə bizə dərs keçməyə imkan verməyəcəyik”, - deyə qurumun açıqlamasında bildirilib.


Belarus tərəfi vurğulayıb ki, Minsk xarici tərəfdaşlarla münasibətlərini öz milli maraqları əsasında qurur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO