İranla danışıqlar məni QANE ETMİR...

İranla danışıqlar məni QANE ETMİR...

Hazırda oxunan: İranla danışıqlar məni QANE ETMİR...

610653

ABŞ Prezidenti Donald Tramp münaqişənin nizamlanmasına dair İranın son təklifindən qane olmadığını bildirib və Tehranın razılığa gəlmək istədiyinə şübhə etdiyini deyib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

"Onlar razılaşma əldə etmək istəyirlər, amma bu, məni qane etmir", - o, İran tərəfindən edilən son təklifləri şərh edərkən bildirib.
 

Bununla yanaşı, ABŞ Prezidenti sənədin məhz hansı hissələrinin onun etirazına səbəb olduğunu dəqiqləşdirməyib, lakin İran hakimiyyətinin prinsipcə yekun nizamlanmaya razılaşmaq iqtidarında olduğuna şübhə etdiyini ifadə edib.


"Onlar müəyyən irəliləyiş əldə ediblər, lakin mən onların nə vaxtsa bir nəticəyə gələcəyinə əmin deyiləm", - o bildirib və əlavə edib ki, İran rəhbərliyində ciddi nizamsızlıq müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO