Kadırov Putinlə görüşdə: “İcazə versəniz, yenidən rəhbər olaram” – VİDEO

Kadırov Putinlə görüşdə: “İcazə versəniz, yenidən rəhbər olaram” – VİDEO

Hazırda oxunan: Kadırov Putinlə görüşdə: “İcazə versəniz, yenidən rəhbər olaram” – VİDEO

610336

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşdə yenidən region rəhbəri vəzifəsinə namizəd olmağa hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, görüş Kremldə baş tutub.

Rusiya mediasının məlumatına görə, Putin Kadırova Çeçenistanda görülən işlərə görə təşəkkür edib və qarşıdan gələn seçkilərdə ona uğurlar arzulayıb.

Rusiya Prezidenti bildirib ki, Çeçenistan son illərdə Kadırovun rəhbərliyi altında ciddi şəkildə dəyişib.
 

“Tezliklə növbəti seçki dövrü başlayır. Ümid edirəm ki, respublika sakinləri sizi dəstəkləyəcəklər. Sizin rəhbərliyiniz altında respublikada çox iş görülüb”, - deyə Putin bildirib.


Ramzan Kadırov isə cavabında bildirib ki, əgər Putin icazə verərsə, yenidən Çeçenistan rəhbəri vəzifəsinə namizəd olacaq.

O əlavə edib ki, xalqın dəstəyi olacağı halda Putinin “sadiq piyadası” olaraq qalacaq.

Qeyd edək ki, Çeçenistanda rəhbər seçkilərinin sentyabrda keçirilməsi planlaşdırılır. Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir.

Son illər Ramzan Kadırovun səhhəti və mümkün istefası ilə bağlı müxtəlif iddialar yayılıb. Lakin o, bir neçə dəfə vəzifədə qalmaq məsələsinin Putinin mövqeyindən asılı olduğunu bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO