İstanbulda tapılan başsız meyitin sirri 13 il sonra AÇILDI – Azərbaycanlı qadının qətlinin QANDONDURAN TƏFƏRRÜATI

İstanbulda tapılan başsız meyitin sirri 13 il sonra AÇILDI – Azərbaycanlı qadının qətlinin QANDONDURAN TƏFƏRRÜATI

Hazırda oxunan: İstanbulda tapılan başsız meyitin sirri 13 il sonra AÇILDI – Azərbaycanlı qadının qətlinin QANDONDURAN TƏFƏRRÜATI

609581

2001-ci ildə İstanbulun Şişli rayonunda tapılan başsız qadın meyiti ilə bir neçə gün sonra Bakırköy sahilində aşkarlanan kəsilmiş başın eyni şəxsə aid olduğu müəyyən edilib.

Bizim.Media “Haberler.com”a istinadla xəbər verir ki, 2014-cü ildə yenidən açılan istintaq çərçivəsində aparılan DNT analizləri nəticəsində sözügedən qadının Azərbaycan vətəndaşı Təzəgül Dadaşova olduğu üzə çıxıb.
 

İlkin məlumata görə, 2001-ci ildə Şişlidə başsız qadın meyiti tapılıb. Hadisədən dörd gün sonra isə Bakırköy sahilində kəsilmiş baş aşkarlanıb. Həmin dövrdə texniki imkanların məhdudluğu səbəbindən iki fakt arasında əlaqə qurulmayıb və cinayət işi uzun illər açılmamış qalıb.


2014-cü ildə itkin düşmüş şəxslərlə məşğul olan bölmənin yenidən təşkilindən sonra əvvəlki illərdə açılmamış cinayət işləri yenidən araşdırılmağa başlanıb. Bu çərçivədə 21 aprel 2001-ci ildə itkin düşən Dadaşovanın işi də yenidən gündəmə gətirilib.

DNT analizi həqiqəti üzə çıxardı

Aparılan ekspertizalar zamanı Bakırköydə tapılan baş ilə Şişlidə aşkar edilən bədənin eyni şəxsə məxsus olduğu müəyyən edilib. DNT uyğunluğu nəticəsində meyitin məhz Tazegül Dadaşovaya aid olduğu dəqiqləşdirilib.

İstintaq çərçivəsində telefon danışıqları və baza stansiyası məlumatları araşdırılıb. Məlum olub ki, Dadaşova itkin düşdüyü gün keçmiş sevgilisi M.S. ilə səkkiz dəfə əlaqə saxlayıb. Onun mobil siqnalının Şişlidə yaşadığı evin yaxınlığında kəsildiyi müəyyən edilib. Qadının meyitinin də həmin əraziyə yaxın tapılması diqqət çəkib.

Şübhəli M.S. Bursanın Gemlik rayonunda santexnik kimi çalışarkən polis tərəfindən “su kranı xarabdır” bəhanəsi ilə hadisə yerinə çağırılıb və orada saxlanılıb.

Polisdə susmaq hüququndan istifadə edən şübhəli məhkəmə qərarı ilə həbs olunub. Beləliklə, 13 il ərzində açılmayan başsız qadın qətli işi yeni texnologiyalar və yenidən aparılan istintaq nəticəsində aydınlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO