Trampdan sonra kim prezident olacaq? - ADLAR

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Hazırda oxunan: Trampdan sonra kim prezident olacaq? - ADLAR

609317

Amerikanın “Politico” nəşri ABŞ dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkilərində ən güclü namizədlərdən biri kimi təqdim edib.

Bizim.Media xəbər verir ki, Ağ Evə yaxın mənbələr Rubionu xarici münaqişələrin həllindəki effektiv yanaşması və siyasi manevr qabiliyyətinə görə “ciddi fiqur” hesab edirlər.
 

Nəşr yazır ki, xüsusilə Venesuela lideri Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması istiqamətindəki fəaliyyəti və Donald Trampa sarsılmaz sadiqliyi onun MAGA (Amerikanı Yenidən Böyük Edək) hərəkatı daxilindəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.


Məqalədə qeyd olunur ki, hazırda vitse-prezident Ceyms Devid Vensin adı namizədlər siyahısında ön sıralarda olsa da, Rubionun reytinqi sürətlə yüksəlməkdədir.

Xatırladaq ki, bir müddət əvvəl keçmiş vitse-prezident Kamala Harrisin də 2028-ci ildə yenidən şansını sınayacağı barədə məlumatlar yayılmışdı.

“The Washington Post” qəzeti isə prezident postu üçün daha bir sürpriz namizədin adını açıqlayacağını bildirib. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO