Trampın keçmiş gəlinindən yeni XƏBƏR VAR

Trampın keçmiş gəlinindən yeni XƏBƏR VAR

Hazırda oxunan: Trampın keçmiş gəlinindən yeni XƏBƏR VAR

608662

ABŞ Prezidenti Donald Trampın keçmiş gəlini (oğlu Donald Tramp Jr.-ın keçmiş həyat yoldaşı) Vanessa Tramp və sevgilisi Tayger Vuds təhlükəsizlik tədbirlərini gücləndirib və məlumatların mətbuata sızdırılması ehtimalına görə yaxın ətrafında çalışan işçilərin bir hissəsini uzaqlaşdırmağa başlayıblar.

Bizim.Media xəbər verir ki, Page Six insayderə istinadən yazır ki, cütlüyün yaxın çevrəsində inamsızlıq mühiti formalaşıb. Onlar əməkdaşların şəxsi həyatları ilə bağlı detalları mediaya ötürə biləcəyindən ehtiyat edirlər. Bu səbəbdən artıq bir neçə nəfərin işinə son verildiyi bildirilir.

Mənbələrin sözlərinə görə, bu qərar son vaxtlar Tayger Vudsa yönələn media diqqətinin artması ilə bağlıdır. Belə ki, qolfçu qanunla problemlər yaşadıqdan sonra reabilitasiyaya göndərilib. Hazırda onun İsveçrədə müalicə aldığı və bərpaya fokuslandığı qeyd olunur.
 

Bildirilib ki, cütlüyün işçi heyəti böyük olmasa da, nəzarət xeyli sərtləşdirilib. Mənbələrə görə, Vanessa mətbuat diqqətinə son dərəcə mənfi yanaşır və şəxsi məlumatların sızması riskini minimuma endirməyə çalışır.


Vudsla Vanessanın münasibətləri qolfçunun Florida ştatında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılmasından sonra daha çox müzakirə olunmağa başlayıb. Gərginliklə bağlı söz-söhbətlərə baxmayaraq, insayderlər Vanessanın Tayger Vudsa dəstək verdiyini və onun yanında qaldığını bildirirlər.

Məlumata görə, Tayger Vuds hazırda əsas diqqətini bərpa prosesinə yönəldib və müalicə başa çatdıqdan sonra idmana qayıtmağı planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO