İran bu gün ABŞ ilə danışıqlarda iştirak etməyəcək

İran bu gün ABŞ ilə danışıqlarda iştirak etməyəcək

Hazırda oxunan: İran bu gün ABŞ ilə danışıqlarda iştirak etməyəcək

608554

İran nümayəndə heyəti aprelin 22-də İslamabadda keçirilməsi planlaşdırılan ABŞ ilə danışıqlarda iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Tasnim” xəbər agentliyi yayıb.

Məlumata görə, İran tərəfi bu qərarı ilə bağlı Pakistanı əvvəlcədən məlumatlandırıb.

Mənbələrin bildirdiyinə görə, çərşənbə günü keçiriləcək danışıqlarda iştirak etməmək qərarı “qəti” xarakter daşıyır. Agentlik, həmçinin qeyd edib ki, Tehran hazırda məsləhətləşmələrdə iştirakını bərpa etmək üçün heç bir perspektiv görmür. Buna səbəb kimi isə ABŞ-nin “məqbul razılaşmanın əldə olunmasına mane olması” göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO