Q.Nersisyanın sözlərinə görə, Paşinyan hökuməti ilə Xankəndindəki separatçı rejimin Qarabağ məsələsinə münasibətdə heç bir fikir ayrılığı yoxdur...
32-ci ildir ki, Azərbaycan Respublikası ərazisində Moskvanın himayəsi altında qondarılmış və 44 günlük savaşdan sonra da fəaliyyət göstərən separatçı-terrorçu rejimin "dövlət naziri" Qurgen Nersisyan bəyan edib ki, yaxın vaxtlarda Azərbaycan nümayəndələri ilə görüş və müzakirələr olmayacaq.
Moderator.az xəbər verir ki, separatçı rəhbər bu haqda NEWS.am-a danışıb.
“Biz görüş xatirinə görüş keçirə bilmərik. Onlar konkret məsələləri müzakirə etmək üçün keçirilməlidir. İndi top Azərbaycanın tərəfindədir, hamı Azərbaycanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. Azərbaycan öz öhdəliklərini yerinə yetirdikdən sonra biz oturub Bakının özünün fəaliyyəti nəticəsində yaranmış problemləri müzakirə etməyə davam edə bilərik”, - deyə Qurgen çərənləyib.
Q.Nersisyanın sözlərinə görə, Paşinyan hökuməti ilə Xankəndindəki separatçı rejimin Qarabağ məsələsinə münasibətdə heç bir fikir ayrılığı yoxdur.
"Mən təsəvvür edə bilmirəm ki, İrəvanla Stepanakert arasında yanaşma fərqi ola bilər. Əksinə, mən əminəm ki, , Artsax probleminə gələndə, Yerevanın mövqeyi Artsax xalqının məqsədlərini tam əks etdirən rəyinə və mövqeyinə əsaslanır... Heç bir halda Artsaxın öz müqəddəratını təyinetmə hüququ rədd edilməyib. Bu prinsip beynəlxalq hüquqdan silinməyib... Biz öz müqəddəratını təyinetmə hüququmuzu dərk etmişik və mübarizə bu hüququn həyata keçirilməsini qəbul etmək, ona hörmət etmək və tanımaq məqsədi daşımalıdır”, -deyə Q.Nersisyan sərsəmləyib.
Sultan Laçın







































































































