“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı

Hazırda oxunan: “OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı
606446
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“ChatGPT” çatbotunun yaradıcısı və “OpenAI” şirkətinin baş direktoru Sem Altmanın San-Fransiskodakı evi hücuma məruz qalıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, naməlum şəxs süni intellekt tərtibatçısının mənzilinə “Molotov kokteyli” atıb.

Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

“Bu səhər tezdən kimsə Sem Altmanın evinə “Molotov kokteyli” atdı və San-Fransiskodakı qərargahımıza qarşı təhdidlər səsləndirdi. Hazırda həmin şəxs saxlanılıb və biz araşdırma zamanı hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edirik”, – şirkət rəsmisi hadisə ilə bağlı detalları açıqlayıb.

“OpenAI” rəhbərliyi San-Fransisko polisinə hadisəyə çevik müdaxilə etdiyi üçün minnətdarlığını bildirib.

Qeyd edək ki, son dövrlər Sem Altman rəqibləri ilə yaşadığı gərginliklərlə də gündəmdədir.

Bir müddət əvvəl Hindistanda keçirilən süni intellekt sammitində Altman və “Anthropic”in rəhbəri Dario Amodei əl sıxmaqdan imtina edərək diqqətləri üzərinə çəkmişdilər.

Əvvəllər “OpenAI”da çalışan Amodei şirkəti həddindən artıq kommersiya yönümlü olmaqda ittiham edərək oradan ayrılmışdı.

Bundan başqa, “OpenAI” bu yaxınlarda enerji resurslarının çatışmazlığı səbəbindən mühüm layihələrindən birini dayandırmaq məcburiyyətində qalmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO