"NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcək" - Baş katib

Hazırda oxunan: "NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcək" - Baş katib

60514

NATO-nun müdafiə nazirləri Rumıniyada yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər.

Bizim.Media xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.

“Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, - deyə Y.Stoltenberq bildirib.

Gələcək döyüş qruplarının konfiqurasiyası və onların qalma müddəti ilə bağlı suala isə Baş katib belə cavab verib:

“Son qərar hələ verilməsə də, Rumıniya NATO-nun döyüş qrupunu qəbul edib. Biz bunu müsbət qarşıladıq və indi hərbi qərargahımızın tövsiyələrini gözləyəcəyik”. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO