İsrail İranın Kəşfiyyat Nazirliyini VURDU – “İki yüksəkvəzifəli məmur məhv edilib” – FOTO

İsrail İranın Kəşfiyyat Nazirliyini VURDU – “İki yüksəkvəzifəli məmur məhv edilib” – FOTO

Hazırda oxunan: İsrail İranın Kəşfiyyat Nazirliyini VURDU – “İki yüksəkvəzifəli məmur məhv edilib” – FOTO
599196
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail Müdafiə Qüvvələri İranın Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli rəhbər şəxslərinin məhv edildiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
 

“Aslan nəriltisi əməliyyatı çərçivəsində İsrail hərbçiləri İran Kəşfiyyat Nazirliyi-nin obyektlərinə zərbələr endiriblər. Nəticədə nazir müavini Seyid Yəhya Həmidi və casusluq idarəsinin rəhbəri Cəlal Pur Hüseyn də daxil olmaqla bir neçə yüksək vəzifəli əməkdaş öldürülüb”, -  deyə məlumatda qeyd olunub.


Əməliyyatın məqsədi nazirliyin terror fəaliyyətlərini təşkil etmək və rejim əleyhdarlarını izləmək imkanlarını zəiflətmək olub. Həmçinin Tehranda yerləşən nazirliyin qərargahına aviazərbə endirildiyi qeyd edilir.

Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyi ölkənin əsas kəşfiyyat orqanı hesab olunur və terror fəaliyyəti, eləcə də beynəlxalq casusluq şəbəkəsi ilə əlaqəli fəaliyyətinə görə ABŞ sanksiyalarına məruz qalıb.

İsrail İranın Kəşfiyyat Nazirliyini VURDU – “İki yüksəkvəzifəli məmur məhv edilib” – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO