İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

İsveçdə milli süni intellekt dil modeli yaradılacaq

Hazırda oxunan: İsveçdə milli süni intellekt dil modeli yaradılacaq
597478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsveç hökuməti İsveç dilində genişmiqyaslı dil modelinin yaradılmasını nəzərdə tutan yeni süni intellekt strategiyasını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, İsveç Naşirlər Assosiasiyası, Yazıçılar Birliyi və əsas media şirkətlərinin tədqiqatçıları modelin hazırlanması üzərində işləyəcəklər.
 

Təlimlər açıq məlumatlar, kitablar və xəbər materialları istifadə edilərək aparılacaq, müəllif hüquqları sahibləri isə məzmuna sahiblik hüququnu saxlayacaqlar. Baş nazir Ulf Kristerssonun sözlərinə görə ölkənin milli dildə işləyən yüksək keyfiyyətli süni intellektə ehtiyacı var.

 

Təşəbbüs nəşriyyat və media sənayesinin nümayəndələri tərəfindən dəstəklənib və onlar süni intellekt inkişafında müəllif hüquqlarına riayət edilməsinin vacibliyini vurğulayıblar. Layihəni milli tədqiqat layihələrinə vəsait ayıran Vallenberq Fondu maliyyələşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO