“Simpsonlar” bunu da “bilib”? - 25 il əvvəlki “sirli ada” mesajı – FOTO

“Simpsonlar” bunu da “bilib”? - 25 il əvvəlki “sirli ada” mesajı – FOTO

Hazırda oxunan: “Simpsonlar” bunu da “bilib”? - 25 il əvvəlki “sirli ada” mesajı – FOTO
594160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ceffri Epşteynin gizli arxivlərindən 3 milyon səhifəlik sənədlərin açıqlanması və bu sənədlərdəki qalmaqallar dünya mediasında yenidən sensasiya yaradıb.

Bizim.Media xəbər verir ki, sənədlər Epşteynin Karib dənizindəki “Kiçik Sent-Ceyms” adasını cinayət və şantaj mərkəzi kimi istifadə etdiyini ortaya qoyur.

Bu qalmaqal fonunda 2001-ci ildə yayımlanan populyar animasiya serialı “Simpsonlar” yenidən diqqət mərkəzindədir. Serialın “The parent rap” bölümündə arxa planda görünən lövhədə belə yazılır:

“Diqqət: Bir adada bəzi dəli insanlar gizlicə dünyanı idarə edirlər”.

Bu səhnə sosial şəbəkələrdə Epşteynin adasında baş verən hadisələrin ortaya çıxması fonunda geniş müzakirələrə səbəb olub.

İddia edilir ki, serial illər əvvəl Epşteynin “Kiçik Sent-Ceyms” adasında dünya liderləri, məşhurlar və milyarderlərlə əlaqəli fəaliyyətini qabaqcadan “proqnozlaşdırıb”.

Vurğulanır ki, “Simpsonlar” serialı tez-tez qlobal elitaların gizli görüşlərinə istinad edir, arxa planda görünən lövhə həmin tipli ironiyalardan biridir. Lakin Epşteyn sənədlərində Bill Klinton və Donald Tramp kimi şəxslərin adlarının yer alması bu səhnəni bəzi izləyicilər üçün təsadüf olmaqdan çıxarıb. (Qafqazinfo.az)

“Simpsonlar” bunu da “bilib”? - 25 il əvvəlki “sirli ada” mesajı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO