İrəvanda yeni rus qalmaqalı

İrəvanda yeni rus qalmaqalı

Hazırda oxunan: İrəvanda yeni rus qalmaqalı

59202
Ermənistan hökumətinin iclasında yeni qalmaqal yaşanıb. 

Məlumata görə, Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan baş nazirə müraciət edərək Ermənistanda saatların qış vaxtına keçirilib -keçirilməyəcəyi ilə maraqlanıb. Buna cavab olaraq baş nazir Ovik Abramyan kobudluqla onun sözünü kəsib: “Cənab Martirosyan, biz bu gün bu məsləni müzakirə etmirik”.

Daha sonra jurnalistlərlə söhbət edən Radik Martirosyan saatları bir saat dala çəkməklə Moskva ilə eyni vaxta keçməyin daha doğru olduğunu vurğulayıb. “Rusiya ilə istər iqtisadi, istər də informasiya müstəvində çox sayda əlaqələrmiz var. Eyni saat qurşağında işləməyimiz daha məsləhət olardı, indi yenə Rusiya bir saat dala düşəcək”, - deyə Martirosyan vurğulyayıb. 

Yəni Avrasiya İttifaqına girməklə səlahiyyətlərinin xeyli hissəsini Moskvaya xəyal etmiş, beləliklə, Rusiyanın for-postu olduğunu qanuni müstəvidə gerçəkləşdirmiş İrəvanın Milli Elmlər Akademiyasının prezidentindən ayrı bir cavab gözləmək olmaz. Amma baş nazir Ovik Abramyanı da başa düşmək olar. Yerli ermənilərin təmsilçisi olan və hakim Qarabağ klanında təmsil olunmayan Qərbin potensial adamı sayılır. Bir ara belə fikir yayılmışdı, Qərb Ermənistanı Avrasiya İttifaqına buraxmamaq üçün Oviki hakimiyyətə gətirəcək. Amma bu alınmadı. İndi Ovik hər vəchlə Ermənistanı heç olmazsa saat qurşağında Moskvadan kənar saxlamaq istəyir. (anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO