Trampdan Suriya liderinə: “Əhməd, sən böyük lider olacaqsan!” – FOTO

Trampdan Suriya liderinə: “Əhməd, sən böyük lider olacaqsan!” – FOTO

Hazırda oxunan: Trampdan Suriya liderinə: “Əhməd, sən böyük lider olacaqsan!” – FOTO
583632
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Suriyaya və onun prezidentinə – Əhməd əş-Şaraaya dəstəyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Trampın əl yazısı ilə yazdığı məktub Dəməşqə çatdırılıb.

Məktub, ötən ay Oval kabinetdə baş tutmuş Tramp–Əş-Şaraaa görüşündən çəkilmiş foto ilə birlikdə ABŞ-ın xüsusi nümayəndəsi Tom Barak tərəfindən Suriya paytaxtına gətirilib.

Bu həftə Barak Suriyada səfərdə olub, Əş-Şaraa və digər rəsmi şəxslərlə görüş keçirib.

Suriya hazırda ABŞ-ın dəstəklədiyi kürd qüvvələri və digər etnik qruplarla münasibətləri tənzimləməyə çalışır. Eyni zamanda, İsrail də iki ölkə arasında təhlükəsizlik sazişi üzrə danışıqlara baxmayaraq, Suriyanın suverenliyini pozan hücumlarını davam etdirir.

Tramp məktubunda yazıb: “Əhməd, sən böyük lider olacaqsan və Amerika kömək edəcək!”

Bundan əvvəl, bazar ertəsi Tramp Suriya prezidentini tərifləyib və İsraili bu ölkə ilə danışıqları davam etdirməyə çağırıb.

O, Truth Social hesabında belə yazıb:

“Çox vacibdir ki, İsrail Suriya ilə səmimi və davamlı dialoqu qoruyub saxlasın. Suriyanın inkişaf edən bir dövlətə çevrilməsinə mane ola biləcək heç nə baş verməməlidir.” (Mənbə: “Al Arabiya”)

Trampdan Suriya liderinə: “Əhməd, sən böyük lider olacaqsan!” – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO