Rusiya quru qoşunlarının keçmiş komandanı ölüb

Rusiya quru qoşunlarının keçmiş komandanı ölüb

Hazırda oxunan: Rusiya quru qoşunlarının keçmiş komandanı ölüb

580577
Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı Aleksey Maslov 69 yaşında ölüb.
 
“Report” “Interfaks”a istinadən xəbər verir ki, bu barədə A.Maslovun son illər işlədiyi “Uralvaqonzavod” konserni bildirib.
 
O, Burdenko adına Baş Hərbi Klinik Hospitalda dünyasını dəyişib.
 
Qeyd edək ki, Aleksey Maslov 2004-2008-ci illərdə Rusiya Federasiyasının Quru Qoşunlarına rəhbərlik edib, daha sonra Rusiyanın NATO-dakı baş hərbi nümayəndəsi olub. 2011-ci ilin oktyabrında hərbi xidmətdən ehtiyata göndərilib. O, son illərdə “Uralvaqonzavod”un hərbi-texniki əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO