Dağıstanda helikopter qəzasında ölənlər rəhbər şəxslərdir

Dağıstanda helikopter qəzasında ölənlər rəhbər şəxslərdir

Hazırda oxunan: Dağıstanda helikopter qəzasında ölənlər rəhbər şəxslərdir
579665
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Avropa Birliyinin sanksiyalarına məruz qalan Dağıstandakı Qızılyar Elektromexaniki Zavodunun rəhbərlərinin olduğu helikopter Xəzər dənizi sahilində yerləşən kəndlərdən birində qəzaya uğrayıb. Nəticədə beş nəfər ölüb.

Bizim.Media xəbər verir ki, hadisə yerindən yayılan kadrlarda Ka-226 tipli helikopterin çimərlikdə eniş etməyə çalışdığı, quyruq hissəsi ilə yerə toxunduğu və nəticədə quyruq vintinin qopduğu görünür. Pilot helikopteri yenidən havaya qaldırmağa cəhd edir, lakin idarəetməni itirir və helikopter fırlanaraq yerə düşür.

Qızılyar zavodu 2024-cü ildə Rusiya ordusu üçün aviasiya avadanlığı istehsal etdiyinə görə Avropa Birliyinin sanksiya siyahısına daxil edilib.

Ölənlər arasında tikinti və nəqliyyat təminatı üzrə baş direktor müavini Açalo Maqomedov da var. Bundan əlavə, daha üç zavod rəhbəri və helikopterin bortmexaniki ölüb. İki nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO