Roma Papası: Qəzzada ümid qığılcımı yaranıb

Roma Papası: Qəzzada ümid qığılcımı yaranıb

Hazırda oxunan: Roma Papası: Qəzzada ümid qığılcımı yaranıb
574894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəzzada qüvvəyə minən atəşkəs razılaşması bölgə üçün ümid qığılcımıdır. Bu, tərəfləri ədalətli və davamlı sülhə təşviq edir.

Bizim.Media xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo bu sözləri ənənəvi “Angelus” duası zamanı deyib.
 

“Sülh prosesinin başlanmasına dair atəşkəs razılaşması müqəddəs torpaqda ümid qığılcımı yaratdı. Bütün tərəfləri İsrail və Fələstin xalqlarının qanuni istəklərinə hörmət edən ədalətli və davamlı sülhə doğru müəyyən etdikləri yolu cəsarətlə irəliləməyə çağırıram. İki il davam edən qarşıdurma hər yerdə, xüsusən də övladlarını, ailələrini, dostlarını və hər şeyini itirmiş insanların qəlbində ölüm və dağıntılar buraxdı”, - deyə katoliklərin ruhani lideri bildirib.


Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin isə deyib ki, iki dövlətli həll xalqlar arasında problemlərin və münasibətlərə kömək edə biləcək yeganə yoldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO